"Vest Hem"İn yarımmüdafiəçisi Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Flamenqo" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qırmızı-qaralar" 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İngiltərə klubuna 41 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Lukas Paketa "Flamenqo"nun yetirməsidir. Braziliya millisinin üzvü 2022-ci ilin yayından "Vest Hem"də çıxış edir.
Təcrübəli oyunçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
































































































