“Qalatasaray” Avstriya millisinin üzvü ilə yollarını ayırdı

Hazırda oxunan: “Qalatasaray” Avstriya millisinin üzvü ilə yollarını ayırdı

592822

"Qalatasaray" futbolçusu Yusuf Demirlə yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
 

İstanbul nəhəngi Avstriya U-21 millisinin üzvü ilə mövsümün sonuna başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.


Klub 22 yaşlı vingerin sözləşməsinin sonuna qədər olan maaşını ödəyib.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında "Rapid"dən transfer edib. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 3 rəsmi matçda 125 dəqiqə meydanda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin