Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsevin Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
Bizim.Media-nın məlumatına görə, 21 yaşlı idmançı II qrupda mübarizə aparan ilk konkisürən olacaq.
Litvintsev ilk "6-lıq"dan sonra 7-ci sırada məharətini göstərməyə çalışacaq. Yarış fevralın 10-da Bakı vaxtı ilə saat 5:30-da start götürəcək.
Azərbaycan təmsilçisinin yer aldığı qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) da yer alıb.
Litvintsev qısa proqramda 84,15 xalla 18-ci olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:18 / 09.02.2022
Pekin-2022: Azərbaycan idmançısının finaldakı sıra nömrəsi bəlli oldu
Hazırda oxunan: Pekin-2022: Azərbaycan idmançısının finaldakı sıra nömrəsi bəlli oldu
Hazırda oxunan: Pekin-2022: Azərbaycan idmançısının finaldakı sıra nömrəsi bəlli oldu
59272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.