Premyer Liqada nadir təsadüf: “Qarabağ” 14 ildən sonra…

Hazırda oxunan: Premyer Liqada nadir təsadüf: “Qarabağ” 14 ildən sonra…

592714

Misli Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.

Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb. 2011/12 mövsümündə “Bakı” səfərdə 4:2 hesabına sevinib.

2012-ci il aprelin 22-də baş tutan həmin görüşdən 5025 gün sonra “Kəpəz” eyni fərqlə qalib gəlib.

“Qarabağ”ın çempionatdakı ev oyununda qol vurmadan 2 və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb. 2008/09 mövsümündə “Simurq” ağdamlıların meydanında 2:0 hesabına sevinib. 17 il əvvəl – 2008-ci il sentyabrın 27-də keçirilən görüşdən 6328 gün sonra eyni nəticə təkrarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin