“Sabah” bu futbolçuya görə 100 min manat ÖDƏDİ

Hazırda oxunan: “Sabah” bu futbolçuya görə 100 min manat ÖDƏDİ

592710

"Sabah" əvəzedici komandanın üzvü olan Stefen Endeni Premyer Liqanın sifariş vərəqəsinə daxil edib. 

Bizim.Media xəbər verir ki, Ende bu mövsüm "Sabah"ın sifariş etdiyi sayca 15-ci legioneri olub. 

Klub 19 yaşlı oyunçuya görə 100 min manat rüsum ödəyib. 

Qeyd edək ki, Stefan Ende "Sabah"ın qış hazırlığı çərçivəsində "Şamaxı" ilə yoldaşlıq oyununda iştirak edib. "Sabah"ın 2:0 hesablı qələbə qazandığı oyunda qollardan birinin müəllifi məhz Ende olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin