Misli Premyer Liqasının XVII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son oyununda "Sabah" evdə "Karvan-Yevlax"la qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Sabah" liderliyini möhkəmləndirib. Yevlax klubu isə 6 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb.
Günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"dan üstün olub - 2:1.
Qeyd edək ki, turun daha reallaşan matçlarında “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə bərabərə qalıb. “Qəbələ” “Şamaxı”nı (4:0), “Kəpəz” “Qarabağ”ı (2:0) üstələyib.
Bizim.Media




































































































