Nani rekord maaşla Qazaxıstan klubuna keçdi

Hazırda oxunan: Nani rekord maaşla Qazaxıstan klubuna keçdi

592630

Portuqaliya milli komandası ilə futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olan Nani Qazaxıstanın "Aktobe" klubuna keçib.

Bizim.Media xəbər verir ki, idmançı bu barədə "X" səhifəsində məlumat verib.

Oyunçunun müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Naninin Qazaxıstan liqası üçün rekord maaş - ayda 70 000 dollar alacağı bildirilir.
 

Qeyd edək ki, Naninin 39 yaşı var. O, 2024-cü ilin dekabrında Portuqaliyanın "Estrela Amadora" klubundan ayrılaraq karyerasını başa vurduğunu elan etmişdi.


Ötən illər ərzində futbolçu Portuqaliyanın "Sportinq Lissabon", İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", İspaniyanın "Valensiya" klublarında çıxış edib.

Nani Portuqaliya milli komandasında 111 oyun keçirib, 24 qol vurub və 24 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin