“Şahdağ”da Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırıldı - FOTO

Hazırda oxunan: “Şahdağ”da Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırıldı - FOTO

592620

Yanvarın 25-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində müxtəlif yaş kateqoriyasında uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

Bizim.Media xəbər verir ki, turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.
 

Yarışın nəticələrinə əsasən 6-8 yaş kateqoriyasında Raul Abbasov (AZE) 1-ci yerə, 9-12 yaş kateqoriyasında qadınlar arasında Rozalia Dubitsova (AZE) 1-ci yerə, eyni yaş kateqoriyasında kişilər arasında Daniel Belousov (AZE) 1-ci yerə, Mehti Metin (AZE) 2-ci yerə, Celik Doruk (TÜR) 3-cü yerə sahib olublar.


13-17 yaş kateqoriyasında isə kişilər arasında Kamal Bəşirli (AZE) 1-ci yerin qalibi olub.

Həmçinin 23-45 yaş kateqoriyasında qadınlar arasında Nuran Musayeva (AZE) 1-ci yerə, Ekaterina Başeva (RUS) 2-ci yerə, Valentina Gerasimova (AZE) 3-cü yerə, kişilər arasında İqor Kulakov (RUS) 1-ci yerə, Rəsul Aslanov (AZE) 2-ci yerə, Seymur Qurbanov (AZE) 3-cü yerə sahib olublar.

46-56 yaş kateqoriyasında kişilər arasında Ceyhun Vəzirov (AZE) 1-ci yerdə, Ruslan Ağayev 2-ci yerdə qərarlaşıblar. 57+ kateqoriyasının qalibi isə Azad Kəlbiyev olub.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və yarışın sponsorları tərəfindən medallar və diplomlarla təltif olunub, həmçinin onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
 

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və snoubordun idman növü kimi ölkədə inkişafına dəstək olmaqdır.


Qeyd edək ki, fevralın 1-də müxtəlif yaş kateqoriyasında uşaqlar və böyüklər arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçiriləcək.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin