Misli Premyer Liqasının XVII turunda bu gün lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gələcək.
Bizim.Media xəbər verir ki, "bayquşlar" sözügedən matçda qələbə qazanmaqla ötən gün məğlub olan, ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldə bilər.
Cari mövsüm ilk və sonuncu qələbəsini II turda əldə edən Yevlax təmsilçisi isə möcüzə axtarışında olacaq.
Bu qarşılaşma "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün digər oyununda turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaq.
Belə ki, "Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. Tovuz kollektivinin öz stadionu yenidən təmirə bağlandığından Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu görüşə ev sahibi qismində çıxacaq.
Hər iki klub 27 xala malikdir. Rəqibindən bir oyun az keçirən "Turan Tovuz" dördüncü, "Sumqayıt" isə beşincidir. Turnir cədvəlinə isə 37 xalla "Sabah" başçılıq edir. 6 xalı olan "Karvan-Yevlax" sonuncu - on ikinci pillədə yer alıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" isə "Qarabağ"ı (2:0) məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:04 / 25.01.2026
"Sabah" "Karvan-Yevlax"la üz-üzə gələcək
Hazırda oxunan: "Sabah" "Karvan-Yevlax"la üz-üzə gələcək
Hazırda oxunan: "Sabah" "Karvan-Yevlax"la üz-üzə gələcək
592562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































