“Qarabağ“ nigeriyalı hücumçunu transfer edəcək?

Hazırda oxunan: “Qarabağ“ nigeriyalı hücumçunu transfer edəcək?

592543

Nigeriyalı hücumçu Salim Faqo Laval Azərbaycanın “Qarabağ” klubuna keçməyə yaxındır.

Bizim.Media “Daily Post”a istinadən xəbər verir ki, futbolçunun oynadığı Xorvatiyanın “NK İstra 1961” klubu transfer üçün təxminən iki milyon avro qazanacaq. Müqavilənin yaxın bir neçə gün ərzində başa çatacağı gözlənilir.

Cari mövsümdə 23 yaşlı Laval “NK İstra”da bütün turnirlərdə 19 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

O, 2025-ci ildə Afrika Millətlər Kubokunda Nigeriya millisinin heyətində yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin