Futbolçu azarkeşlərlə dava etdi - VİDEO

Hazırda oxunan: Futbolçu azarkeşlərlə dava etdi - VİDEO

592531

İngiltərə Premyer Liqasının 23-cü turunda "Vest Hem" doğma meydanda "Sanderlend"i qəbul edib.

Bizim.Media xəbər verir ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan matç gərgin anlarla yadda qalıb.

Matçın sonlarında yaşanan qalmaqal futbolun özünü kölgədə qoyub. Bel ki, matçın gedişatında "Sanderlend"in ehtiyat oyunçular skamyasındakı nümayəndələri ilə arxa tribunadakı azarkeşlər arasında münaqişə yaranıb. Bu səbəbdən oyun bir müddət dayandırılıb.

Məlumata görə, mübahisənin ən aktiv iştirakçılarından biri "Sanderlend"in oyunçusu Qranit Caka olub. Zədə səbəbindən iştirak ərizəsində yer almayan, lakin komanda ilə birlikdə olan təcrübəli yarımmüdafiəçi azarkeşlərlə sərt şəkildə mübahisə edib. Hətta final fitindən sonra da sakitləşməyən Caka tribunaya tərəf qışqıraraq azarkeşləri sanki yanına çağırıb.

Bildirilir ki, məsələnin İntizam Komitəsi tərəfindən araşdırılacağı gözlənilir. Veriləcək qərar matçın baş hakiminin protokolunda qeyd edəcəyi detallardan asılı olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin