Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu aparıcı futbolçularından biri olan Marselo Brozoviçlə yollarını ayırmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə müqaviləni yeniləməyi planlaşdırmır.
Məlumata görə, futbolçu yeni sözləşmə ilə bağlı danışıqlarda irəliləyiş olmadığı üçün narazı qalıb. Bu səbəbdən o, artıq menecerinə Avropa klubları ilə danışıqlar aparmağı bildirib.
Xatırladaq ki, Brozoviç 2023-cü ildə İtaliyanın "İnter" klubundan 15 milyon avro qarşılığında "Əl-Nəsr"ə keçmişdi. Onun Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyununa qədər qüvvədədir.
Qeyd edək ki, təcrübəli orta sahə oyunçusu cari mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 25.01.2026
Ronaldonun komanda yoldaşı klubdan AYRILIR
Hazırda oxunan: Ronaldonun komanda yoldaşı klubdan AYRILIR
Hazırda oxunan: Ronaldonun komanda yoldaşı klubdan AYRILIR
592519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































