“Qalatasaray” İspaniya klubunun üzvü ilə ANLAŞDI

Hazırda oxunan: “Qalatasaray” İspaniya klubunun üzvü ilə ANLAŞDI

592485

"Qalatasaray" Noa Lanqdan sonra daha bir futbolçunun keçidini yekunlaşdırmaq üzrədir.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi Yaser Asprilyanı icarəyə götürmək üçün "Jirona" ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Müqavilədə müəyyən şərtlər daxilində işə düşəcək 23 milyon avroluq satınalma bəndi yer alacaq. Bu, oyun sayı ilə bağlıdır. Kolumbiyaa millisinin üzvü yaxın günlərdə Türkiyəyə gedib
"Qalatasaray"la sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Jirona" Yaser Asprilyanı 2024-cü ilin yayında "Uotford"dan 18 milyon avroya transfer edib. 22 yaşlı vinger bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin