“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.
26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:39 / 23.01.2026
"Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ
Hazırda oxunan: "Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ
Hazırda oxunan: "Sumqayıt" Ukrayna klubunun futbolçusunu TRANSFER ETDİ
592370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































