Daha bir azərbayanlı futbolçu vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, Turan Manafov yenidən Misli Premyer Liqasında çıxış edəcək.
Çünki ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının “Stellenboş” klubuna keçən 27 yaşlı sol cinah müdafiəçisi “Qəbələ” ilə anlaşıb.
“Qırmızı-qaralar” Manafovu mövsümün sonuna qədər – yəni 5 aylıq icarəyə götürüb. Bölgə təmsilçisi tezliklə bu keçidi açıqlayacaq.
Qeyd edək ki, Azərbaycanda son klubu “Kəpəz” olan Manafovun “Stellenboş”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































