"Beşiktaş"ın futbolçusu sabiq klubuna QAYITDI

Hazırda oxunan: "Beşiktaş"ın futbolçusu sabiq klubuna QAYITDI

592215

"Beşiktaş" portuqaliyalı futbolçusu Rafa Silva ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, yaşadığı böhran səbəbindən komandadan getmək qərarı alan təcrübəli futbolçu sabiq klubu Benfikaya geri dönüb. O, Portuqaliya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
 

Maraqlı məqam odur ki, futbolçu bu keçid üçün maliyyə güzəştinə gedib. Belə ki, "Beşiktaş"da illik 6 milyon avro qazanan Silva "Benfika" ilə illik cəmi 2,2 milyon avroya razılaşıb.


Qeyd edək ki, Rafa Silva cari mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin