"Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

Hazırda oxunan: "Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

592204

"Qalatasaray" klubu transfer çalışmalarını sürətləndirib. İstanbul nəhəngi Madrid "Atletiko"sunun argentinalı yarımmüdafiəçisi Tiaqo Almadanı heyətinə qatmağa çox yaxındır.

Bizim.Media xəbər verir ki, "sarı-qırmızılar" 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə rəsmi təklif göndərib.

İstanbul klubu Almadanı icarəyə götürmək üçün 3 milyon avrodan çox təzminat ödəməyə və onun maaşını tam qarşılamağa hazır olduğunu bildirib. Hazırda tərəflər arasında müzakirələr gedir.
 

Məlumata görə, Almada özü də karyerasını Türkiyədə davam etdirməyə maraq göstərir. Argentinalı ulduzun "Qalatasaray"ın baş məşqçisi Okan Burukla şəxsən danışdığı və keçidə ilkin razılıq verdiyi vurğulanır. Bu fakt transferin reallaşma ehtimalını əhəmiyyətli dərəcədə artırıb.


Qeyd edək ki, Tiaqo Almada cari mövsüm Madrid təmsilçisinin heyətində 19 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarket" portalı gənc oyunçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin