“Allaha dua edirdim ki, Bəhlul qol vursun” - Atası

Hazırda oxunan: “Allaha dua edirdim ki, Bəhlul qol vursun” - Atası

592123

“Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi”.

Bizim.Media Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun “Qarabağ” – “Ayntraxt” matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən bildirib.

“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm.

Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin