ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir”, - deyə paylaşımda bildirib.
Qeyd edək ki, "Qarabağ" - “Ayntraxt” görüşü təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda “Qarabağ” 10 xalla Çempionlar Liqasında 18-ci pillədə qərarlaşıb.

Bizim.Media

- A-
- A
- A+
İdman
14:17 / 22.01.2026
ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO
Hazırda oxunan: ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO
Hazırda oxunan: ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO
592115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































