Azərbaycan UEFA reytinqində irəlilədi

Hazırda oxunan: Azərbaycan UEFA reytinqində irəlilədi

592056

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.

Bizim.Media reytinq cədvəlinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda "Ayntraxt"ı məğlub edib. Qurban Qurbanovun komandası ölkəmizə 0,500 əmsal qazandırıb.

Nəticədə Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib. Azərbaycan 22.750 əmsalla 27-ci yerə yüksəlib.

Sloveniya 22,843 əmsalla 26-cı, Slovakiya isə 22,375 əmsalla 28-ci pillədədir.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) liderlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin