“Əkbər sevincindən bütün sığınacağı oyatdı” - Video

Hazırda oxunan: “Əkbər sevincindən bütün sığınacağı oyatdı” - Video

592040

Məlum olduğu kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi “Ayntraxt” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında oyunu izləyən azyaşlıların videosu paylaşılıb.

Videoda onların “Qarabağ”ın zəfərinə necə sevindikləri əksini tapıb. 

“Əkbər sevincindən bütün sığınacağı oyatdı”, - paylaşımın rəyində bildirilib.

Qeyd edək ki, Əkbər bir müddət əvvəl “Qarabağ”ın “Ayaks”la oyununu sığınacaqda tək izləməsi ilə gündəmə gəlmiş, sonradan klub rəhbərliyi, eləcə də, komandanın baş məşqçisi Qurban Qurbanov onunla görüşmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin