PSJ-nin üzvü insan alverində günahlandırılır

Hazırda oxunan: PSJ-nin üzvü insan alverində günahlandırılır

592029

Fransanın PSJ klubunun müdafiəçisi Luka Ernandes və həyat yoldaşı insan alveri və qanunsuz işçi qüvvəsindən istifadə etməkdə ittiham olunurlar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Paris-Match” məlumat yayıb.
 

Versal prokurorluğuna daxil olan şikayət ərizəsi rəsmi sənədləri olmadan cütlüyün yanında çalışan beş Kolumbiya vətəndaşından ibarət ailə tərəfindən təqdim edilib.


Məlumata görə, həmin şəxslər futbolçunun evində mühafizəçi, təhlükəsizlik xidmətinin əməkdaşı, xadimə, aşpaz və dayə kimi fəaliyyət göstəriblər.

29 yaşlı L.Ernandes 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, karyerası ərzində “Bavariya” və “Atletiko”nun da formasını geyinib. Futbolçu Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə mundialın gümüş mükafatçısı olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin