AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi "Ayntraxt" üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq", - deyə o qeyd edib.

Bizim.Media

- A-
- A
- A+
İdman
00:12 / 22.01.2026
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO
Hazırda oxunan: AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO
Hazırda oxunan: AFFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO
592022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































