UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” matçında ciddi problem yaranıb.
Bizim.Media xəbər verir ki, matçın VAR sistemində problem baş verib.
Görüşün 7-ci dəqiqəsində baş hakim isveçrəli Sandro Şerer oyunda qısa fasilə zamanı VAR-ın işləmədiyinə dair komandanın kapitanlarına xəbərdarlıq edib.
Bu isə o deməkdir ki, VAR işləmədiyi müddətdə mümkün mübahisəli qol və qayda pozuntularını dəqiq videotəkrarla yoxlamaq mümkün olmayacaq.
Çempionlar Liqası üçün yad olan bu problemin hansı səbəbdən yarandığı barədə hələlik məlumat yoxdur.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:23 / 21.01.2026
“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI
Hazırda oxunan: “Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI
Hazırda oxunan: “Qarabağ” - “Ayntraxt” matçında ciddi problem YARANDI
592016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































