Ronaldonun heykəli yandırıldı - VİDEO

Hazırda oxunan: Ronaldonun heykəli yandırıldı - VİDEO

591982

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun Madeyra adasındakı heykəli yandırılıb.

Bizim.Media xəbər verir ki, "Dailymail" nəşrinin məlumatına görə, naməlum şəxs futbolçunun bürünc heykəlinin üzərinə yanıcı maddə tökərək od vurub. 

O, bu anları videoya çəkib və alovlar heykəli bürüyərkən rep musiqisi sədaları altında rəqs etməyə başlayıb.
 

Hadisə çərşənbə axşamı səhər saatlarında Funşal şəhərində Ronaldoya həsr olunmuş "CR7 Muzeyi"nin yaxınlığında qeydə alınıb. Heykələ ciddi ziyan dəyib-dəymədiyi hələlik dəqiqləşməyib.


Xatırladaq ki, sözügedən heykəl daha əvvəl 2016-cı ilin martında Lionel Messi pərəstişkarları tərəfindən zədələndiyi üçün başqa ərazidən indiki yerinə köçürülmüşdü.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin