Rusiya klubu türkiyəli məşqçi ilə yollarını ayırdı

Hazırda oxunan: Rusiya klubu türkiyəli məşqçi ilə yollarını ayırdı

591927

Gökdeniz Karadeniz Rusiyanın "Rubin" klubunun əvəzedici komandasının baş məşqçi vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kazan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq onun köməkçilərindən olan Andrey Fyodorov icra edəcək.
 

Klubun açıqlamasında bildirilib ki, "Rubin" üçün əfsanəvi futbolçu olan Karadeniz 2023-cü ilin iyulunda yenidən yaradılan "Rubin-2"nin sükanı arxasına keçib. O, üç mövsüm ərzində kollektivə iki dəfə II Liqanın B divizionunun bürünc mükafatını qazandırıb.


Qeyd edək ki, Gökdeniz Karadeniz 2008-2018-ci illərdə "Rubin"in formasını geyinib. O bu müddət ərzində iki dəfə Rusiya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin