Renat Dadaşov “Zirə”yə KEÇİR?

Hazırda oxunan: Renat Dadaşov “Zirə”yə KEÇİR?

591916

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun klubu “Motor”dan ayrılmaq ehtimalı hələ də gündəmdədir.

Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvard ölkəmizə qayıdacaq. Renatın formasını geyinməyə ən yaxın komanda “Zirə” göstərilir.
 

Bildirilir ki, hazırda həm “Motor” rəhbərliyi, həm də futbolçunun özü ilə rəsmi danışıq aparan yeganə klub məhz “Zirə”dir.


Lublin təmsilçisi millimizin üzvünü transferə çıxardığından, onun müəyyən məbləğ qarşılığında “Zirə”yə keçidinə mane olmayacaq.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti bu ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin