Mark Andre ter Ştegen "Barselona"dan ayrıldı

Hazırda oxunan: Mark Andre ter Ştegen "Barselona"dan ayrıldı

591868

Almaniyalı qolkiper Mark Andre ter Ştegen "Barselona" klubundan ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mark Andre ter Ştegen mövsümün sonuna qədər "Jirona" klubuna icarəyə verilib. Futbolçu 2026-cı il iyunun 30-na qədər orada forma geyinəcək.
 

Qeyd edək ki, alman qapıçı 2014-cü ildə "Borussiya Mönhenqladbax" klubundan "Barselona"ya transfer olunub. O, "Barselona"da 423 matça çıxmaqla Viktor Valdesdən (534) sonra ən çox oyun keçirən ikinci qapıçıdır.


Kataloniya klubunda keçirdiyi 11 mövsüm yarım ərzində altı ölkə çempionluğu, altı Kral kuboku, bir UEFA Çempionlar Liqası, beş İspaniya Superkuboku, bir Avropa Superkuboku mükafatları və bir Klublararası Dünya kuboku qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin