"Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

Hazırda oxunan: "Mançester Yunayted"in yeni baş məşqçi namizədi BƏLLİ OLDU

591809

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçi vəzifəsinə yeni namizəd bəlli olub.

Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar" hazırda Dortmund "Borussiya"sını çalışdıran Niko Kovaçın xidmətinə maraq göstərir. Məlumata görə, 54 yaşlı mütəxəssis İngiltərə nəhənginin siyahısına daxil edilib. 
 

Maraqlıdır ki, Kovaçın namizədliyi daha əvvəl "Çelsi"də də müzakirə olunub. Londonlular Enzo Mareskanı istefaya göndərdikdən sonra və Liam Rosenior təyin edilməmişdən öncə onunla maraqlanıblar.


Məlumata görə, Niko Kovaç hazırda bütün diqqətini "Borussiya"dakı işinə yönəltsə də, gələcəkdə İngiltərədə işləməyə müsbət yanaşır.

Onun Dortmund klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, "Mançester Yunayted"ə hazırda Maykl Kerrik rəhbərlik edir. O, 2025/2026 mövsümünün sonuna qədər komandanı çalışdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin