"Barselona" yeni qapıçı axtarışına BAŞLADI

Hazırda oxunan: "Barselona" yeni qapıçı axtarışına BAŞLADI

591660

"Barselona" klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi "Real Sosyedad"ın qapıçısı Aleks Remiro ilə maraqlanır.
 

30 yaşlı qolkiperin San-Sebastyan klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər olsa da, "Barselona" onu yayda 10 milyon avrodan aşağı məbləğə heyətinə qata bilər. Məlumata görə, A.Remiro özü də "Barselona"ya keçməyə müsbət yanaşır.


Qeyd edək ki, klub hazırda qapıçı mövqeyindəki vəziyyəti təhlil edir və Joan Qarsiyanın əvəzləyicilərindən birinin komandanı tərk etməsi ehtimalı var.

Xatırladaq ki, "Barselona" hazırda İspaniya La Liqasına başçılıq edir və ikinci pillədəki "Real"ı 1 xal qabaqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin