FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

Hazırda oxunan: FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

591649

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda maraqlı dəyişikliklər baş verib.

Afrika Millətlər Kubokuna ev sahibliyi edən Mərakeş millisi finalda məğlub olmasına baxmayaraq 3 pillə irəliləyərək 11-ci yerdən 8-ci sıraya yüksəlib və ilk onluğa daxil olub.
 

Siyahıya İspaniya millisi başçılıq edir. İlk 10-luqda digər yerləri müvafiq olaraq Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Mərakeş, Belçika və Almaniya tutur.


Xorvatiya yığması mövqeyini itirərək 11-ci sıraya geriləyib. Afrika çempionu Seneqal millisi isə 7 pilləlik sıçrayışla 12-ci yerə yüksəlib. 127-ci pillədə yer alan Azərbaycan yığmasının mövqeyi isə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, FİFA reytinq cədvəlini növbəti dəfə aprelin 1-də yeniləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin