"Alay"ın müdafiəçisi Ulanbek Suleymanov karyerasını Azərbaycanda davam etdirmək şansı qazanıb.
Bizim.Media xəbər verir ki, "Sumqayıt" qırğız müdafiəçini Türkiyə toplanışı zamanı baxışa dəvət edib.
Amma o, məşqçilər korpusunun etimadını qazanmayıb. Belədə, futbolçu “Alay”a geri qayıdıb.
Mərkəz müdafiəçisi Qırğızıstan millisinin üzvüdür. Onun Oş təmsilçisi ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.
Bizim.Media
























































































