“Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

Hazırda oxunan: “Kəpəz”in legioneri Azərbaycana qayıtmaq istəmir?

591630

Qış fasiləsi başlayarkən istirahətə gedən “Kəpəz”in futbolçusu Cefferson Bentu klubun düşərgəsinə qayıtmaq istəmir.

Bizim.Media xəbər verir ki, Gəncə klubu braziliyalı müdafiəçi ilə danışıqlar aparsa da, onu geri qaytarmaq mümkün deyil.
 

Futbolçu Azərbaycan təmsilçisinin düşərgəsinə qayıtmamaqda israr edir. “Kəpəz” onunla bağlı şikayət məktubu ünvanlamaq istəsə də, hələ ki buna gərək duymayıb.


Klub rəhbərliyi futbolçu ilə danışıb və ona bir həftə vaxt verib. Əgər bir həftə ərzində Bentu düşərgəyə dönməsə, gəncəlilər onunla bağlı FIFA-ya məktub göndərəcək.

Qeyd edək ki, Cefferson Bentu “Kəpəz”ə ötən ilin yayında qoşulmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin