“Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

Hazırda oxunan: “Qarabağ” – “Ayntraxt” matçına nə qədər bilet satılıb?

591615

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt"la oyunu üçün satılan bilet sayını açıqlayıb.

Bizim.Media xəbər verir ki, artıq matça 24 min 500 ədəd bilet satılıb.
 

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.


Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin