Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq Almaniya klubunda gərginlik pik həddə çatıb.
Bizim.Media xəbər verir ki, "Ayntraxt"ın baş məşqçisi Dino Toppmöllerin gələcəyi sual altına düşüb. Bundesliqada mövsümün ikinci yarısının başlanğıcında "Verder"lə səfər oyununda 3:3 hesablı heç-heçə edən Frankfurt təmsilçisi qələbəni əldən verib. Komanda 128 saniyə ərzində qapısında iki qol görüb.
Ansqar Knauffun 90+4-cü dəqiqədə vurduğu bərabərlik qolu belə Toppmöllerin işini xilas etməyə yetməyə bilər. Klubun idman direktoru Markus Kröşe oyundan sonra verdiyi açıqlamada vəziyyətin ciddiliyini vurğulayıb:
"Belə davam edə bilmərik".
Kröşe jurnalistin "Toppmöller çərşənbə günü Çempionlar Liqasında "Qarabağ"a qarşı oyunda komandanın başında olacaqmı?" sualına belə cavab verib:
"Biz hazırda bunu müzakirə edirik. Bir daha belə performans göstərməməliyik".
Qeyd edək ki, "Ayntraxt" son 9 oyunda yalnız bir qələbə qazanıb. "Auqsburq"la çətin keçən görüşdə (1:0) rəqibin qapısına sadəcə bir qol vurmağı bacarıb. Frankfurt klubu Bundesliqada 7-ci pilləyə geriləyib, Çempionlar Liqasında isə liqa mərhələsindən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir.
Xatırladaq ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu yanvarın 21-də Bakıda olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:15 / 17.01.2026
“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər
Hazırda oxunan: “Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər
Hazırda oxunan: “Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər
591311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































