"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

Hazırda oxunan: "Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

591307

London klubunda danimarkalı baş məşqçinin gələcəyi sual altına düşüb.

Bizim.Media xəbər verir ki, "Tottenhem" baş məşqçisi Tomas Frankla yollarını ayıra bilər.

Danimarkalı mütəxəssisə qarşı təzyiqlər getdikcə artır və onun yaxın günlərdə istefaya göndəriləcəyi istisna edilmir.

Məlumata görə, "Vest Hem", "Borussiya Dortmund" və "Bernli" ilə qarşıdakı oyunlar həlledici xarakter daşıyır. Əgər London təmsilçisi bu görüşlərdə müsbət nəticə qazanmasa, Frankın yaxın gələcəkdə işini itirməsi qaçılmaz olacaq.

Qeyd olunur ki, klub rəhbərliyi artıq potensial namizədləri nəzərdən keçirməyə başlayıb. Siyahıda "Bornmut"dan Andoni İraola, "Kristal Pelas"dan Oliver Qlasner, eləcə də daha öncə klubun baş məşqçisi olmuş Maurisio Poçettino yer alır. Lakin argentinalı çalışdırıcının qayıdışı yalnız ABŞ millisinə rəhbərlik edəcəyi DÇ-2026-dan sonra mümkün ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin