Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

Hazırda oxunan: Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

591285

"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Duqlas Kostanın yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, o, İtaliyanın "Kyevo Verona"sına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya "Sidney"indən ayrılmışdı və həmin vaxtdan klubsuz idi. Karyerası ərzində Kosta "Yuventus", "Bavariya", "Los-Anceles Qelaksi", "Fluminense" və "Qremio"da da oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin