“Turan Tovuz” Almeydanı TRANSFER EDİR

Hazırda oxunan: “Turan Tovuz” Almeydanı TRANSFER EDİR

591066

"Etnikos"un futbolçusu Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, Kipr klubu braziliyalı vinger üçün Azərbaycandan sərfəli təklif alıb. 

"Etnikos" rəhbərliyi buna görə də aparıcı oyunçusunun gedişinə razılıq verib. 27 yaşlı ön xətt oyunçusunun “Turan Tovuz”a keçəcəyi gözlənilir.  

Qeyd edək ki, Breno Almeyda 2024-cü ilin yayından "Etnikos"da çıxış edir. "Sambaçı" bu mövsüm komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 400 min avro təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin