"Ayaks"ın baş məşqçisi London klubunu ÇALIŞDIRACAQ

Hazırda oxunan: "Ayaks"ın baş məşqçisi London klubunu ÇALIŞDIRACAQ

591028

London klubu "Tottenhem" məşqçilər korpusunu niderlandlı mütəxəssislə gücləndirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı Con Heytinqa "Tottenhem"də baş məşqçi Tomas Frankın köməkçisi təyin olunub. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
 

Xatırladaq ki, Heytinqa bundan öncə 2025-ci ilin iyulundan noyabrına qədər "Ayaks"a rəhbərlik edib. O, bundan əvvəl "Liverpul"da Arne Slotun assistenti olub, həmçinin "Vest Hem"də çalışıb.

 

Futbolçu karyerası ərzində Heytinqa "Atletiko", "Everton", "Fulhem", "Herta" və "Ayaks" klublarının şərəfini qoruyub. O, "Ayaks"ın heyətində iki dəfə Niderland çempionu olub.

Qeyd edək ki, "Tottenhem" İngiltərə çempionatının 2025/26 mövsümündə turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda 21 oyunda 27 xal toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin