Afrika Kuboku tarixində yeni qol rekordu MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Afrika Kuboku tarixində yeni qol rekordu MÜƏYYƏNLƏŞDİ

591026

Afrika Millətlər Kuboku çərçivəsində yeni rekord qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Seneqal millisinin ulduz hücumçusu Sadio Mane Misirlə yarımfinal qarşılaşmasında yeganə qolun müəllifi olub.

O, oyunun 78-ci dəqiqəsində fərqlənərək Məhəmməd Salahın komandasını turnirdən kənarlaşdırıb.
 

Bu qol həm də statistik baxımdan tarixi əhəmiyyət daşıyır. Belə ki, Manenin vurduğu top cari turnirdəki 120-ci qol olub və bu, Afrika Kuboku tarixində yeni mütləq rekorddur. Bundan əvvəlki ən yüksək göstərici (119 qol) 2023-cü ildəki turnirdə qeydə alınmışdı.


Qeyd edək ki, Seneqal yığması finalda Mərakeş millisi ilə üz-üzə gələcək. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşü yanvarın 18-də, bazar günü Mərakeşin Rabat şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin