Türkiyənin "Fənərbağça" klubunda ayrılıq yaşanıb.
Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi Cenk Tosunla yollarını ayırıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 34 yaşlı forvardın "Kasımpaşa"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, Cenk Tosun "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media



































































































