“Dinamo” azərbaycanlı futbolçu ilə müqaviləni ARTIRDI

Hazırda oxunan: “Dinamo” azərbaycanlı futbolçu ilə müqaviləni ARTIRDI

590994

“Dinamo Moskva” cinah oyunçusu Ülvi Babayevlə müqaviləni uzadıb.

Bizim.Media xəbər verir ki, “ağ-göylər”in mətbuat xidməti bunu rəsmi olaraq açıqlayıb.

Oyunçunun yeni müqaviləsi 2028/2029 mövsümünün sonuna qədərdir və 2030-cu ilin yayına qədər əlavə bir il müddətinə seçim imkanı da daxildir.
 

“Birlikdə işləməyə davam etməkdən məmnunuq”, - “Dinamo”nun mətbuat xidməti Telegram kanalında bildirib.


Ülvi Babayev “Dinamo”nun gənclər sisteminin yetirməsidir. 21 yaşlı futbolçunun əvvəlki müqaviləsi bu yaya qədər qüvvədə idi.

Əvvəllər Babayevin “Spartak Moskva”ya keçməyə yaxın olduğu bildirilirdi. Mediada yayılan məlumatlara görə, “qırmızı-ağlar” onu azad agent kimi transfer etmək istəyirdilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin