“Sabah” qanalı müdafiəçi alır

Hazırda oxunan: “Sabah” qanalı müdafiəçi alır

590990

Misli Premyer Liqasının lideri “Sabah” transfer çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi heyətinə daha bir legioneri qatmağa hazırlaşır.

Klub rəhbərliyi cari mövsümlə yanaşı, komandanın gələcəyini də düşünür. Bu məqsədlə təcrübəlilərlə yanaşı, gənc əcnəbilərin transfer edilməsi də gündəmdədir.
 

“Sabah”ın heyətinə qatmaq istədiyi oyunçulardan biri də qanalı Maksvell Azafokpedir. Qana Premyer Liqasında çıxış edən “İnter Allies”in 19 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlar aparılır.


“Sabah” gənc oyunçunu qış transfer dönəmində ölkəmizə gətirməyə çalışır. Danışıq uğurlu nəticələnsə, Maksvell əvvəlcə mövsümün qalan hissəsini əvəzedici heyətdə keçirəcək.

Qeyd edək ki, Maksvell Azafokpe 2024-2025-ci illərdə Qananın U-20 yığmasında 6 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin