Milli uduzdu, federasiyanın prezidenti CƏZALANDIRILDI

Hazırda oxunan: Milli uduzdu, federasiyanın prezidenti CƏZALANDIRILDI

590984

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, əfsanəvi futbolçu Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Mərakeşə 0:2 hesabı ilə uduzduqları oyunda yol verdiyi qeyri-idman hərəkətinə görə 4 matçlıq diskvalifikasiya alıb.
 

Məlumata görə, Eto'o CAF prezidenti Patris Motsepenin yanında hakimlərin qərarlarına qarşı kəskin etirazını bildirərək qəzəbli jestlər edib. CAF İntizam Komitəsi 44 yaşlı funksioneri idman prinsiplərini pozmaqda təqsirli bilib. Diskvalifikasiya ilə yanaşı, ona 20 min dollar məbləğində cərimə də kəsilib.


Qeyd edək ki, Kamerun Futbol Federasiyası qərarın əsassız olduğunu bəyan edərək prezidentə sona qədər dəstək verəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin