“Araz Naxçıvan”ın əsas futbolçularından biri olan Felipe Santosla bağlı transfer məlumatları yayılıb. Bir çox yerli və xarici klublardan təkliflər alan təcrübəli yarımmüdafiəçinin komandadan getmək istədiyi iddia olunur.
Hətta legionerin qış fasiləsində komandadan ayırlmaq ehtimalı da var.
Məsələni aydınlaşdırmaq üçün komanda ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Bizim.Media-ya açıqlamasında Santosun komandada qalacağını söylədi:
“Felipe komandanın düşərgəsindədir. Zədəli olduğuna görə fizioterapiya keçir. Klubdan ayrılmağı və ya göndərilməsi müzakirə olunmayıb, belə bir məsələ gündəmdə deyil. Onun müqaviləsi mövsümün sonuna qədərdir və həmin tarixə qədər komandadadir”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:33 / 15.01.2026
Felipe Santos “Araz Naxçıvan”ı TƏRK EDİR?
Hazırda oxunan: Felipe Santos “Araz Naxçıvan”ı TƏRK EDİR?
Hazırda oxunan: Felipe Santos “Araz Naxçıvan”ı TƏRK EDİR?
590898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































