“Qalatasaray”a 75 milyon avroluq ÇILĞIN TƏKLİF

Hazırda oxunan: “Qalatasaray”a 75 milyon avroluq ÇILĞIN TƏKLİF

590868

“Qalatasaray” məşhur menecer Corc Qardinin təklifi ilə gündəmə gələn Omar Marmuş üçün hərəkətə keçir. Sarı-qırmızılı klub “Mançester Siti”yə 75 milyon avro qarşılığında transfer olunan ulduz futbolçunu mövsümün sonunadək icarəyə götürmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə HT Spor yazıb.

Mənbə qeyd edib ki, “Mançester Siti”də gözlədiyi oyun şansını ala bilməyən və komandadan ayrılması gündəmdə olan qolçu cinah hücumçusu Omar Marmuş Corc Qardi tərəfindən “Qalatasaray”a təklif edilib.

“Mançester Siti”dən müvəqqəti ayrılmağa müsbət yanaşan Omar Marmuşun əsas istəyi İngiltərə Premyer Liqasında qalmaqdır. “Aston Villa” və “Tottenhem”in də maraq dairəsində olan futbolçunun Türkiyəyə necə baxacağı maraq doğurur.

Xatırladaq ki, bir il əvvəl “Ayntraxt Frankfurt”dan 75 milyon avroya transfer olunan Marmuş bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb və cəmi 389 dəqiqə meydanda olub. Misirli futbolçu 1 qol və 1 assistlə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin