"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher ölkəsinə qayıdıb.
Bizim.Media xəbər verir ki, "Tottenhem" ingiltərəli futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu Qallaher üçün La Liqa nəhənginə 40 milyon avro təzminat ödəyib. "Tottenhem" 25 yaşlı oyunçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Atletiko" Konor Qallaheri 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avroya transfer etmişdi. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:50 / 14.01.2026
“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi
Hazırda oxunan: “Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi
Hazırda oxunan: “Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi
590825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































