FİFA bu klubu CƏZALANDIRDI

Hazırda oxunan: FİFA bu klubu CƏZALANDIRDI

590797

FİFA Rusiyanın "Rostov" klubuna sanksiya tətbiq edib. 

Bizim.Media xəbər verir ki, qurumun rəsmi saytında yer alan məlumata görə, kluba yeni futbolçu qeydiyyatdan keçirmək qadağan olunub. 

Qərara əsasən, Rostov təmsilçisi 2027-ci ilə qədər ardıcıl 3 transfer pəncərəsində heyətinə yeni oyunçu qata bilməyəcək.

Klubun mətbuat xidməti məsələyə aydınlıq gətirərək problemin borc səbəbindən yarandığını bildirib. Məlum olub ki, "Rostov"un Uruqvayın "Penyarol" klubuna Rodriqo Saraviyanın transferinə görə borcu qalıb.
 

2024-cü ilin yayında reallaşan keçid üçün ödəniş hissə-hissə edilməli olsa da, Rusiya klubu son tranşı ödəməyib. Rəhbərlik problemi ən qısa zamanda həll etməyə çalışacağını bəyan edib.


Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi 2025-ci ilin əvvəlində komandanı tərk edib. O, klubun heyətində 15 oyuna çıxıb və 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin