"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

Hazırda oxunan: "Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

590641

"Mançester Yunayted" Maykl Karrikin baş məşqçi vəzifəsinə təyinatını rəsmən açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə yanvarın 5-də istefaya göndərilən Ruben Amorimi əvəzləyib.
 

Karrik 2006-cı ildən 2018-ci ilə qədər "qırmızı şeytanlar"da oynayıb. Bu müddət ərzində keçmiş yarımmüdafiəçi bütün turnirlərdə 464 oyuna çıxıb, 24 qol vurub və 35 məhsuldar ötürmə verib. O, "Mançester Yunayted"ə təyin olunmazdan əvvəl "Midlsbro"nu çalışdırıb.


Əlavə edək ki, "Mançester Yunayted" İngiltərə çempionatının 21 turundan sonra 32 xalla 7-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin