Almaniya çempionatının 17-ci turu çərçivəsində "Hamburq" - "Bayer" qarşılaşması təxirə salınıb.
Bizim.Media xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti, xüsusilə güclü qar yağması olub.
Beləliklə, bu gün Hamburqdakı "Volksparkstadion"da baş tutmalı olan görüş təhlükəsizlik riskləri səbəbindən ləğv edilib. Matçın keçiriləcəyi yeni tarixin yaxın vaxtlarda açıqlanacağı bildirilib.
Xatırladaq ki, ötən turda da analoji səbəbdən "Sankt-Pauli" - "Leyptsiq" və "Verder" - "Hoffenhaym" oyunları təxirə salınmışdı.
Qeyd edək ki, "Bayer" hazırda 16 oyundan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Hamburq" isə 13-cü yerdədir.
Bizim.Media




































































































